Futbol üzrə Albaniya çempionatında 32-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya"da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə "Bilis"i 2:0 hesabı ilə məğlub edib. Zamiq 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 58-ə çatdıran "Eqnatiya" turnir cədvəlinin zirvəsində mövqe tutub.
Nihat