Qarabağ Universitetinin rektoru professor Şahin Bayramov “Qarabağ” klubunun qonağı olub.
Fanat.Az xəbər verir ki, görüş Premyer Liqanın 29-cu turunun “Qarabağ” – “Zirə” oyunu zamanı reallaşıb.
Klub prezidenti Tahir Gözəl və rektor arasında səmimi fikir mübadiləsi aparılıb. Şahin Bayramov “Qarabağ” Futbol Klubunu Qarabağ Universitetinə dəvət edib.
Tahir Gözel bu dəvətə müsbət münasibət bildirib. O vurğulayıb ki, komandanın yaxın planlarında bölgəyə – o cümlədən Xankəndi və digər azad edilmiş şəhərlərə səfər nəzərdə tutulur: “Bu təşəbbüsü yüksək qiymətləndiririk. Qarabağ bölgəsinə səfər bizim də planlarımızda var və bu istiqamətdə addımlar atmağa hazırıq”.
Görüş zamanı tərəflər gələcək əməkdaşlıq imkanlarını da müzakirə ediblər.