Misli Premyer Liqasının 29-cu turu çərçivəsində bu gün "Liv Bona Dea Arena"da “Sumqayıt”ı məğlub edən (2:0) "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin çalışdırıcısı belə danışıb:
“Ağır oyun oldu. Sıx qrafikdə oynayırıq. Bu gün komanda ortaya yaxşı iş qoydu. Futbolçularımı təbrik edirəm. Qarşıdakı matçlara hazırlaşacağıq. Mövsümün sonudur. Önümüzdəki görüşlərə yaxşı köklənsək, bizim üçün daha faydalı olacaq”.