"Kəpəz"in zədəli müdafiəçisi Mahamadu Banın son vəziyyəti bəlli olub.
Gəncə təmsilçisinin sözçüsü Azad Mustafayevin Fanat.Az-a verdiyi məlumata görə, əcnəbi oyunçunun yaxın günlərdə sıraya dönmək ehtimalı yüksəkdir.
O, hazırda topuğunda şiş olan Banın Misli Premyer Liqasının (MPL) 30-cu turunda "Araz-Naxçıvan"a qarşı oynaya biləcəyini vurğulayıb.
Xatırladaq ki, sözügedən oyunçu MPL-in 29-cu turunda “Sabah”la matçda (1:0) xəsarət alıb. 25 yaşlı malili Masazırdakı qarşılaşmanın 18-ci dəqiqəsində rəqib futbolçu Kahim Parrislə top uğrunda mübarizə zamanı zədələnib.
Nihat