Qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasında Monteneqro ilə heç-heçəyə razılaşıb.
Fanat.Az xəbər verir ki, Nikşiç şəhər stadionunda baş tutan görüşdə tərəflər hərəyə 1 dəfə fərqləniblər.
Qarşılaşmada hesabı seçməmiz açıb. 54-cü dəqiqədə Manə Mollayeva fərqlənib. Meydan sahibləri məğlubiyyətdən 90+2-ci dəqiqədə qurtulublar. Yasna Dokoviç penalti zərbəsini dəqiq yerinə yetirib.
Azərbaycan yığması daha öncə Bakıda bu rəqiblə qolsuz heç-heçə edib, ikinci oyunda isə səfərdə Litvanı 2:0 hesabı ilə üstələyib.
Yığma bu nəticələrin ardından C Liqasının 4-cü qrupunda 5 xalla ikincidir.