22:58 11.04.2025 251

"Sonranı bu dəqiqə fikirləşmək istəmirəm" - Elvin Məmmədov

“Səbail” Misli Premyer Liqasının 30-cu turu çərçivəsində doğma meydanda “Qarabağ”a 1:4 hesabı ilə məğlub olub.

Fanat.Az xəbər verir ki, “dənizçilər”in məşqçisi Elvin Məmmədov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Bilirdik ki, bizi ağır oyun gözləyir. “Qarabağ”ın gücü bəllidir. Uşaqlara təşəkkür edirəm ki, mübarizə apardılar. Çatışmazlıqları bilirik. Bundan sonrakı oyunlara hazırlaşıb, maksimum nəticələr əldə etmək istəyirik.

– Futbolçu kimi demişdiz ki, Birinci Liqada oynamaram. Məşqçi karyeranız Birinci Liqaya doğru gedir. Orada işləyərsiz?
– Rəhbərliyə təşəkkür edirəm ki, gənc yaşda bu şansı mənə verdilər. Mənim üçün təcrübədir. Sonranı bu dəqiqə fikirləşmək istəmirəm. Nə xeyirlidirsə, o da olsun. İndidən nəsə demək tezdir. Məşqçiliyə yeni başlayıramsa, niyə də olmasın? Bu gün ambisiyalı danışmağın yeri də yoxdur. Yeni başlamışam. 

– Matçın əvvəlində ardıcıl qollar olmasaydı, daha çox müqavimət göstərərdiz?
– “Qarabağ”ın gücü bəllidir, onlara qarşı maksimum hazırlaşmışdıq. Yaxşı mübarizə aparırdıq. Uşaqlara demişdik ki, “Qarabağ” səhvi bağışlamır. Keçidləri möhtəşəmdir. Futbolda səhv qaçılmazdır. Demirəm udacaqdıq, amma yaxşı mübarizə gedirdi. Qollar oyunu sındırdı. 

– Dediz ki, bu yaşda rəhbərlik sizə şans verib. Niyə belə düşünürsüz?
– Bəlkə bu da mənim təcrübəsizliyimdən irəli gəlir ki, fikrimi çatdıra bilmədim. İş təcrübəsi və kateqoriya baxımından deyirəm. Avropa futbolunda nə qədər gənc məşqçi var. 

– Şahin Diniyevdən sonra komandaya siz dəvət edildiz. Rəhbərlik sizi həmin vaxt saxlasaydı, vəziyyət başqa cür olardı?
– Bu barədə böyük-böyük danışmaq istəmirəm. Bəlkə bundan betər, ya daha yaxşı ola bilərdik. Gələcəyə baxmaq, bunun da altından qalxmaq lazımdır. 

– Belə çətin vaxtda özünüzə necə motivasiya verirsiz?
– Futbolçu olmuşam, bu çətinlikləri futbolçu kimi də yaşamışam. Sevdiyim işdir. Çətindir. Klubda rəhbərlikdən dəstək var. Ümid sonda ölür. Qarşıda oyunlar var. Hər şey dəyişə bilər. Zaman lazımdır. 

– “Kəpəz”lə xal fərqini aradan qaldırmağı şansa, möcüzəyə bağlayırsız?
– Futbolda hər şey mümkündür. 

– Cavid Hüseynov demişdi ki, rəhbərlik komandanın yanında deyil. İndi rəhbərlik komandanın yanındadır?
– Hər kəsin fikrinə hörmətlə yanaşıram. Cavid o sözləri deyibsə, öz aqrumenti var. Onun əvəzinə danışa bilmərəm. Birinci periodda da, indi də rəhbərlik yanımdadır. Onların dəstəyini hiss edirik. Hiss etdiriblər ki, buradayam. (Sportal)

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 Aprel 2025
19:58

Tedesko Almaniya klubunun təklifini geri çevirdi

19:30

Azərbaycanın 8 boksçusu beynəlxalq turnirdə qızıl medal qazandı

19:13

Aleksis Mak Allister "Real Madrid"də? - Atası suala cavab verdi

18:43

Bu yay "Mançester Yunayted"i tərk edəcək futbolçuların adları bilindi

18:07

"Qarabağ"ın U-15 komandası Türkiyədəki turnirdə bir gündə üç matça çıxacaq

17:44

ABL: Pley-in mərhələsinin 3-cü oyunlarının vaxtı bilindi

17:26

"Biz onlardan çox üstün idik" - Con Terri

17:08

Rəvan Quluzadə mükafatlandırıldı

16:51

AFFA rəsmiləri UEFA-nın seminarında

16:32

Azərbaycan Qran-prisinin ikiqat qalibi DÇ-yə qatıla bilər

16:15

NHL tarixində Oveçkin kimisi olmayıb

15:57

"İnter"in İnzagi ilə bağlı yekun qərarı bəlli oldu

15:38

"Gərək bizə təşəkkür edəsiniz" - Antonio Konte

15:19

Neymar baş məşqçisiz qaldı - RƏSMİ

15:00

Anri Salahı təriflədi

14:43

MPL: XXXI turun təyinatları açıqlandı

14:25

"Futbolçuların fiziki durumları və texniki bacarıqları ilə bağlı problemlərimiz var" - Aqil Nəbiyev

14:07

Poqba bu beş liqadan birini seçəcək

13:49

İngiltərə nəhəngi Rütteri transfer etməyə yaxındır

13:22

"Turan Tovuz"un yeni azarkeş qrupu yarandı - "The Hunans"

13:04

"Barselona"nın ulduzu karyerası ilə bağlı son qərarını verdi

12:45

"Qalatasaray"ın ulduzu mərc oyunlarına pul qoyub? - Özü açıqladı

12:27

I Liqa klubu Elman Sultanovla uzunmüddətli müqavilə imzaladı

12:08

"Səhvlərimizi aradan qaldıracağıq" - Evren Alkaya

11:51

Mbappenin cəzası bəlli oldu - SON DURUM

11:33

"Barselona"nın baş məşqçisi Levandovskini Kriştianu Ronaldu ilə müqayisə etdi

11:15

Böyük İpək Yolu: Azərbaycanın 11 boksçusu finala yüksəldi

10:57

"Nyukasl"ın baş məşqçisi xəstəxanaya yerləşdirildi

10:38

Amansız mübarizə, bol qollar, geridönüşlər... – Tura baxış

10:20

Azərbaycan millisi qrup lideri ilə qarşılaşır

10:02

Yüksək Liqa: Yarımfinal mərhələsi start götürür

09:44

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:23

ÇL: Yarımfinalın ilk iki iştirakçısı müəyyənləşir - YENİLƏNİR

09:00

Avroliqanın qalibi 6 aylıq sıradan çıxdı

01:44

İspaniya La Liqası: "Atletiko Madrid"dən minimal hesablı qələbə

01:12

İPL: “Bornmut"a 1 qol bəs etdi

00:57

İtaliya A Seriyası: "Napoli"dən darmadağın

14 Aprel 2025
23:48

Türkiyə Super Liqası: "Eyüpspor" rəqibini rüsvay etdi

23:22

ABL: Pley-in mərhələsində daha bir oyun baş tutdu

22:44

Qvardiola "Mançester Siti"nin ulduzunun müqavilə yenilədiyini təsdiqlədi

Facebookdan bizi izləməyi unutmayın.
X