“Nürnberq”in azərbaycanlı hücumçusu Mahir Emreli Almaniya 2-ci Bundesliqasının 29-cu turunda “Kayzerslautern”ə qarşı oyunda (2:1) vurduğu qola münasibət bildirib.
Fanat.Az xəbər verir ki, “İnstagram” səhifəsində paylaşım edən Emreli bunları yazıb:
“Haqqımda çox danışıldı, çox yazıldı, həqiqətə uyğun deyildi. Amma mən sakit qaldım və israrla öz üzərimdə çalışdım, hörmətimi itirmədim. Nə üçün mübarizə apardığımı göstərdim. Bu, üç xaldan daha vacibdir. Bu məqsəd mənə inananların hamısı üçündür: komanda yoldaşlarım, məşqçilərim və xüsusən də, azarkeşlər… Növbəti oyunda görüşərik”.