Albaniya çempionatında 35-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin komandası “Eqnatiya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv öz meydanında “Skenderbeu” ilə qolsuz heç-heçə edib. Start "11-lik"də yer alan Əliyev sonadək mübarizə aparıb.
Hazırda 59 xalı olan “Eqnatiya” liderliyini davam etdirir.