14:55 21.04.2025 124

"Daha iki meydan və otel kompleksinin inşasını nəzərdə tuturuq" - Ehtiram Quliyev

Bu gün “Turan Tovuz”un Kürdəxanı qəsəbəsində inşası davam edən “Hünər” təlim-məşq bazasının istismara hazır olan təbii örtüklü meydançasının açılış mərasimi keçirilib.

Fanat.Az xəbər verir ki, ümumi sahəsi 5 hektardan böyük olan Kürdəxanı layihəsində əsas korpusun inşası ilə yanaşı daha 2 təbii örtüklü meydança salınacaq.

İstismara verilən meydança isinmə hərəkətləri üçün ayrıca təbii ot örtüklü zona, buz hovuzu, sauna, toplantı və iclas zalları, soyunub-geyinmə otaqları, sanitar qovşaq, həkim və masaj otağı, 3 mərtəbədən ibarət izləmə və çəkiliş qülləsi, müasir standartlara uyğun qazanxana, suvarma sistemi ilə təmin olunub.

“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev “Hünər” Təlim-Məşq Bazasının açılış mərasimində jurnalistlərə açıqlama verib:

“Bu gün futbol ictimaiyyəti, xüsusən də “Turan Tovuz” azarkeşləri və əməkçiləri üçün əlamətdar gündür. “Hünər” Təlim Məşq Bazası komandamızın nailiyyətləri üçün çox önəmli mərhələdir. Təbii ot örtüklü meydançada məşq etmək, oyunlara hazırlaşa bilmək komandanın işini bir az da asanlaşdıracaq. Beş hektarlıq ərazidə daha iki meydan və otel kompleksinin inşasını nəzərdə tuturuq. Baza “Hünər qrup”a məxsus ərazidə “Hünər Qrup” tərəfindən inşa edilib və “Turan Turan”un istismarına veriləcək. Bunu gələcəkdəki xərclərə qənaət etmək nöqteyi nəzərindən bir mərhələ olaraq görürük. “Turan Tovuz” futbol klubu olaraq oturub fikirləşdik ki, keçici nailiyyətlərə yox, məhz struktur nailiyyətlərinə önəm verməliyik. Bu yay Tovuzda da meydançaların salınmasına başlayacağıq. İdman mediası tərəfindən bu qədər geniş diqqət bizi xüsusən sevindirir”.

O, bazanın Azərbaycan Premyer Liqasının digər klublarının istifadəsinə verilə biləcəyini istisna etməyib: “İlkin mərhələdə nəzərdə tutmuruq. Daha iki meydança və otel kompleksi inşa olunandan sonra burada əməkdaşlar işləyəcək. Bu da klub üçün ciddi maliyyə yüküdür. Buranın özü özünün istismar xərclərinin çıxarması üçün digər klublara da icarəyə verəcəyik. Amma digər meydançaların inşasından sonra. Düşünürəm ki, digər klublar da bu imkanlardan faydalanacaqlar”.

Klub rəhbəri əsas komandanın Kürdəxanıda məskunlaşıb oyundan-oyuna Tovuza getməsi fikrini təkzib edib. O, gələcəkdə bölgədəki stadionun ot örtüyünün dəyişdirilməsi planından da söz açıb:

“Yox, komanda Tovuzda oyundan-oyuna görünməyəcək. Haqlı olaraq belə sualınız ola bilər ki, meydançanı burada salmaqdansa Tovuzda niyə salmadıq? Elə deyil. Oradakı əsas meydançanın ot örtüyü sünidir, bütün yaş qruplarından ibarət komandalarımız məşq edir. Tovuzdakı meydançanı dəyişsək, artıq yaş qruplarından ibarət komandaları ora buraxa bilməyəcəyik. Bir neçəsi lazımdır ki, buna da şirkətin maddi gücü imkan vermir. Amma yay aylarından etibarən həmin infrastruktur layihələrə başlayacağıq. Layihə bitdikdən sonra tamamilə orada olacağıq. İndi Tovuza gedib-gəlirik. Növbəti mövsümdən Premyer Liqaya üç bölgə klubu da əlavə olunacaq, bu da bizim Bakıda daha az vaxt keçirməyimizə səbəb olacaq. Mərhələli addımlarla bu işləri görməyə çalışacağıq”.

Quliyev Tovuz şəhər stadionunun ot örtüyünün dəyişdirilməsi zamanı AFFA-dan dəstək istəməyəcəklərini qeyd edib: “Bu işlər şəxsi vəsaitimiz hesabına baş tutacaq. Vaxtımız yoxdur. AFFA-nın strateji planından sonra görəcəyi işlər çoxdur. Əvəllər federasiyaya belə müraciətimiz vardı. Amma strateji plandan sonra başa düşdük və belə qərara gəldik ki, daxili imkanlar hesabına bu işləri görməliyik”.

“Turan Tovuz”un rəhbəri akademiya ilə bağlı görülən işlərdən də danışıb: “Akademiyada 500-dək uşaq hazırda məşq edir. Onlardan təqribən 50-ni klubun bazasında saxlayırıq. Amma Ağstafa, Tovuzun bir neçə kəndində futbol akademiyaları açmışıq, fəaliyyətə başlayıblar. Biz özümüzü tək Tovuzun deyil, qərb bölgəsinin komandası kimi görürük. Nəinki qərbin, bütün Azərbaycanın komandasıyıq. Xalqın komandası addım-addım o mərhələyə gələcək”.

Ehtiram Quliyev “Turan Tovuz”un gələcək hədəflərindən də söz açıb:

“Turan Tovuz” komandasının yaxın 3 ildə hədəfi avrokuboklarda pley-off, mümkün olsa, qrup mərhələsinə vəsiqədən ibarət olacaq. Tovuzda əsas komanda üçün binanın açılışını etdik, indi də Kürdəxanıdakı meydançamızı istidadəyə verdik. Çox böyük vəsaitlər gedib. Bu xərci oyunçulara sərf edərək, çox asanlıqla nailiyyət əldə edə bilərdik. Amma biz o yolu seçmədik. Dayanıqlı inkişafla hədəflərimizə doğru addım-addım irəliləyəcəyik. Ümidvaram ki, yaxın 3 ildə planlarımızı gerçəkləşdirə biləcəyik”.

Quliyevin fikrincə, “Turan Tovuz” azarkeşlərinin bu qədər gözləməyə səbri çatacaq: “Onlar qalibiyyətdə də, məğlubiyyətdə də komandanın yanındadırlar, “Turan Tovuz”u təmənnasız sevirlər. Komandanın uzun müddət – 9 il Premyer Liqada iştirak etmədi, amma onların sevgisi azalmadı. Azarkeşlərimizin yanımızda olduğuna dair zərrə qədər də şübhəmiz yoxdur”.


 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

21 Aprel 2025
16:08

Bakıda PRO kateqoriyalı məşqçi kursunun I mərhələsi keçirildi

15:50

"Bu, mövsümün taleyini dəyişəcək "çəki"də oyundur" - Rafael Leau

15:31

Avarçəkmə üzrə “Prezident Kuboku-2025” bu dəfə Füzuli, Mingəçevir və Suqovuşanda!

15:13

"Turan Tovuz"un yeni meydanının açılışı oldu - FOTOLAR

14:55

"Daha iki meydan və otel kompleksinin inşasını nəzərdə tuturuq" - Ehtiram Quliyev

14:37

"Az qala öləcəkdim" - Fernando Moryentes

14:19

"Trentin gedişi elə müzakirə olunur ki, elə bil getsə, dünya dağılacaq"

14:01

"Çelsi"nin braziliyalısı Bundesliqa yolunda

13:42

Mbappe finalda "Barselona"ya qarşı oynaya biləcəkmi? - AÇIQLANDI

13:24

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq turnirə yollandılar

13:07

A Seriyasının 4 matçı təxirə salındı - SƏBƏB

12:49

Alonso ağ bayraq qaldırdı: "8 xal çox böyük fərqdir"

12:31

"Bəlkə də mövsümün ən çətin qələbəsi idi, çünki..." - Entso Mareska

12:13

Naxçıvanda liqalara yekun vurulub

11:55

Aqil Nəbiyev Kişinyov turnirini dəyərləndirdi

11:37

"Qalatasaray"lı ulduzun yeni klubu bilindi - Anlaşmanın detalları

11:18

"Zirə"nin "10 nömrə"si klubun tarixinə düşdü

11:01

Argentinalı "dəli" vəfat etdi

10:43

Yüksək Liqa: Üçüncü yerin sahibi müəyyənləşir

10:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

ABL: "Neftçi" "Ordu"ya, "Sabah" "Sərhədçi"yə qarşı

09:45

“Qarabağ” “Neftçi”yə şans vermədi – Tura baxış

09:23

İngiltərə futbolu tarixində hələ belə nəticə olmamışdı - Antirekord

09:00

Mbappeni Madriddə fitə basdılar

01:44

Almaniya Bundesliqası: Dortmund "Borussiya"sından qələbə

01:35

Liqa 1: "Olimpik Lion" evə xalsız döndü

01:08

İspaniya La Liqası: "Real Madrid" 90+3-cü dəqiqədə güldü

00:55

A Seriyası: "İnter" səfərdə, "Milan" öz meydanında uduzdu

20 Aprel 2025
23:55

İPL: "Liverpul", "Çelsi" və "Arsenal" səfərdə qazandılar, MY evdə uduzdu

23:14

Türkiyə Super Liqası: "Fənərbağça" İstanbulda büdrədi

22:48

Əvəzedicilər Liqası: "Neftçi" "Qarabağ"ı böyük hesabla yendi

22:05

Rəşad Sadıqov "Sumqayıt"la oyundan sonra nə danışdı?

21:52

"Heç kim istəməzdi ki, belə səhv olsun" - Vaqif Cavadov

21:26

Ansu Fati emosiyalarını saxlaya bilmədi - Flikin qərarına etiraz etdi

20:54

MPL: "Şamaxı" "Kəpəz"i, "Zirə" "Sumqayıt"ı yendi

20:13

İlk dueli "Xilasedici" qazandı

19:51

"Bürünc" "Milli Aviasiya Akademiyası"nın oldu

19:18

"Bəlkə də bu gün Tuiki əvəzləməyə gecikdik" -Ayxan Abbasov

18:41

"Yəqin ki, bizim günümüz deyildi" - Azər Bağırov

17:50

De Bröyne "Mançester Siti"nin onunla vidalaşmaq qərarının səbəbini dedi

Facebookdan bizi izləməyi unutmayın.
X