Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçında "Qarabağ"a uduzaraq (0:3) mübarizəni dayandıran "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, belə danışıb:
"Bilirdik bizi nə gözləyir. İkinci oyunun ağır keçəcəyini bilirdik. İki fərqli hissə oynadıq. İkinci yarıda oyunun ritmini itirdiyimiz üçün "Qarabağ" qollarını vurdu. Bizdən səviyyə baxımından üstün rəqibdi. 25-ci dəqiqədə hakim penaltimizi vermədi. 100 faiz penalti idi. İkili standartları hiss edirəm. Bizim komandamıza qarşı antipatiya var. Səbəbləri desəm, işsiz qalaram. Məşqçiyə qarşı mübarizə aparırlarsa, ayıbdır".
Nihat