12:00 25.04.2025 1698

Azərbaycan futboluna kirvə lazım deyil

Deyəsən Fransada xeyir-dua əvəzi verilən top ilk olaraq Azərbaycan futbolunun qapısından keçəcək. Söhbət AFFA-nın baş katibi Cahangir Fərəcullayevin sələfi Elxan Məmmədovla FİFA-nın Parisdə yerləşən ofisindəki görüşündən gedir. Hələ də ali futbol qurumumuzun rəsmi saytında həmin xəbərin əsas şəklindən Elxan Məmmədov futbol içtimaiyyətinə - sizə, bizə .... gülümsəyir deyəcəm. Baxa bilərsiz...

"Eybi yoxdu" deyib keçmək olar. Lap təcrübəsizlik donu da geyindirək bu fotoya. Hətta "etik qaydalar, filan" deyib udqunmaq da mümkündü. Top almaq olar, təlimat almaq, əsla! Vaxtıyla təlimatlandırdığı kadrların işi, ağalıq etdiyi futbolun durumu göz önündədir. “Ağası gülüm olanın, başına külüm olar” deyib atalar.

İnanmıram ki, Cahangir bəy Parisdən təlimat ala, onların dəyirmanına su tökə. Lakin həmin səfərdən sonra sezilən davranışlar, atılan və yaxud atılması gözlənilən addımlar köhnə komanda sərkərdəsinin cisminin getdiyini göstərir. Amma inyeksiya etdiyi virus hələ də futbolumuzun damarlarında axır. Yeni AFFA rəhbərliyinin yeni təyin etdiyi baş katibdən də gözləntilərimiz keçmişin tör-töküntülərini təmizlənməsi, kadr islahatlarının sürətlənməsi idi. İnanırdıq ki, futbolumuz əvvəlki kimi dost-tanışla deyil, peşəkarlıqla idarə olunacaq.

Nə baş verir?

Hazırda Xəzərın sisi çökmüş, beşinci mərtəbəsi görünməyən, başı dumanlı futbol qərargahımızda ikincilik mübarizəsi sezilir. Elxan Məmmədov da vaxtı ilə SOCAR prezidentindən sonra futbolda ikinci adam sayılırdı. Vitselərin isə formal olaraq adı və vəzifəsi vardı. Cənab Fərəcullayevin də həmin nüfuza sahib olması üçün çabaları açıq-aşkar görünür. Buna görə də müqayisəmi uğursuz saymıram. Sadacə, nə dövr o dövrdü, nə də vitselər...

Amma ümidsiz də deyiləm. Yəqin ki, Cahangir bəy peşəkar məsləhətlərindən yararlanar, gələcəkdə futbolumuzun başına düşən daşın altına əlini qoyar. Məsləhət almaq yaxşıdı, inkişafa təkandı, amma qeyd etdiyim kimi, PEŞƏKAR məsləhəti. Dostlarların, “kruqlar”ların məsləhəti ilə sıfıra enib futbolumuz. Düzdü, dost sözünün böyük anlamı, mənası var. Dostluq müqəddəsdir. Ata-babalarımız da kirvələrini  ən yaxın dostlarından seçib. Amma Azərbaycan futboluna kirvə lazım deyil.

Şadlıqlarda görüşək!

Əli Sahib

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

21 İyul 2026
14:00

"Qəbələ" nigeriyalı futbolçu ilə razılığa gəldi

13:42

Arif Əsədov "Sabah" - "KuPS" oyunu ilə bağlı iddialı proqnoz verdi

13:24

"Zirə" "Xəzər Lənkəran"la "İnter"in ənənəsini davam etdirə bilər

13:05

ÇSKA ilə AL matçına hazırlaşan "Qarabağ"ın heyəti ilə bağlı son vəziyyət bəlli oldu

12:47

"Beşiktaş"ın Trossard istəyi reallaşmadı

12:29

Minsk "Dinamo"su ilə oyun ərəfəsində "Neftçi"də üzlər gülür

12:11

Toral Bayramov son matçda nə ilə yadda qaldı?

11:53

Qurban Qurbanov media nümayəndələri ilə görüşəcək

11:35

"Turan Tovuz" daha bir trasnferini açıqladı

11:30

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:17

"Neftçi" tilsimi qıra biləcəkmi?

10:59

Messi karyerasını bitirir - SON DURUM

10:41

"Araz-Naxçıvan" Bruno Frankonun müqaviləsinin müddətini uzadıb

10:23

ÇL: "Fənərbağça" mübarizəyə başlayır

10:04

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:45

Belçika millisi Rudi Qarsiya ilə bağlı qərarını verdi

09:23

ÇL: "Sabah" Finlandiya çempionu ilə qarşılaşır

09:00

Musa Qurbanlının son vəziyyəti nə yerdədir?

03:37

"Neftçi" - "Dinamo" oyununa neçə bilet satıldığı açıqlandı

03:10

"Qarabağ"ın rəqibi bərabərliklə başladı

20 İyul 2026
23:58

"Qarabağ" və "Turan Tovuz"un işi çətinləşdi

23:29

Portuqaliya nəhəngindən İngiltərə klubuna 50 milyonluq şərt

23:17

"Liverpul"dan müdafiəyə sürpriz həmlə

22:39

Premyer Liqada 10 milyonluq transfer

22:15

"Braqa"nın hücumçusunu rənglərinə bağladılar

21:54

Spens "Tottenhem"dən ayrılır: Hədəfi "İnter"dir

21:20

"Mançester Yunayted"in ulduzu karyerasını harada davam etdirəcək?

20:51

50 milyonluq hücumçu yarışı

20:06

“Sabahın Ulduzları” layihəsi çərçivəsində imza mərasimi keçirildi

19:31

"Şamaxı" və "Kəpəz"dən quru sülh

19:09

"Çelsi" və "Mançester Yunayted" Niko Uilyams üçün dövrədədir

18:44

Emre Mor bu klubla anlaşdı

18:03

"Qarabağ" yalnız özünün üstələyə bildiyi bolqarlara qarşı - STATİSTİKA

17:40

Serbiyalı vinger Azərbaycan yolunda - Danışıqlar başladı

17:22

"Şəfa"dan daha bir transfer - RƏSMİ

17:03

"Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq

16:44

"Zirə"nin də potensial rəqibləri müəyyənləşdi

16:29

Rojeriu Santuş: "Ev oyunlarımıza Gəncədə çıxmağı səbirsizliklə gözləyirik"

16:16

"Neftçi" tanınmış Portuqaliya komandasına rəqib ola bilər

15:52

"İmişli"də məşqçi təyinatı olub

Facebookdan bizi izləməyi unutmayın.
X