Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda - "Sabah" - "Neftçi" matçında azarkeş rekordu qeydə alınıb.
Fanat.Az "Sabah"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşmanı stadiondan 6600 futbolsevər izləyib.
Bu, ölkə kubokunun 2024/2025 mövsmünündə ən yüksək göstəricidir.
Oyuna gələn tamaşaçılar arasında Azərbaycanla yanaşı, Polşa, Almaniya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, İndoneziya və Rusiya vətəndaşları da olub.
Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. İlk görüşdə 2:1 hesabı ilə qalib gələn "Sabah" finalda "Qarabağ"ın rəqibi olub.