Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Sabah"la "Neftçi" arasında baş tutan cavab matçı ilə bağlı cəzalar açıqlanıb.
Fanat.Az xəbər verir ki, qərar AFFA İntizam Komitəsinin son iclasında qəbul olunub.
Görüş bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə “Sabah” 800 manat cərimələnib. Klub həmçinin azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığına görə 800, pirotexniki vasitədən istifadə edildiyi üçün isə 1500 manat ziyana düşüb.
AFFA İntizam Komitəsi azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığına görə “Neftçi” klubunu da 800 manat cərimələyib.