Azərbaycan Kubokunun final görüşünün nominal meydan sahibi müəyyənləşib.
Fanat.Az Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə istinadən xəbər verir ki, bununla bağlı bu gün püşk atılıb.
Tədbirdə PFL-in, “Qarabağ” və “Sabah” klublarının nümayəndələri iştirak ediblər. PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev, “Qarabağ” menecer Fərid Ağayev, “Sabah” isə icraçı direktor Pərvin Piriyev ilə təmsil olunub.
Püşkə əsasən “Qarabağ” nominal meydan sahibi olub.
Püşkatmadan sonra klub nümayəndələri ilə PFL arasında geniştərkibli görüş keçirilib. İclasda qurumun Texniki-idman direktoru Elgiz Abbasov, Media və marketinq direktoru Sənan Abdullayev də iştirak ediblər. Finalla bağlı ilkin təşkilati məsələlər, nəzərə alınacaq nüanslar barədə müzakirə aparılıb.
Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Matç saat 19:00-da start götürəcək.