Futbol üzrə Cənubi Koreya çempionatında 10-cu turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv öz meydanında “Qanqvon”u 1:0 hesabı ilə yenib.
Start "11-lik"də yer alan Krivotsyuk sonadək mübarizə aparıb.
Qeyd edək ki, 10 tura 23 xal toplayan “Daejeon” turnir cədvəlinin zirvəsində mövqe tutub.