20:34 27.04.2025 125

"Ümid edirəm ki, bizi hansısa yolla saxlamağa çalışmazlar" - Elmar Baxşıyev

“Bizim üçün ağır oyun alındı. Kubokdan sonra 3 gün vaxtımız var idi. Komanda olaraq son oyunları 4-5 gündən bir oynadığımıza görə bu gün meydanda dinamika baxımından çox aşağı səviyyədə oyun göstərdik. Amma çempionatın sonudur. Ümid edirik ki, qarşıdakı matçlarda yaxşı dincəlib, analiz edib, oyunlara hazırlaşacağıq”.

Fanat.Az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 32-ci turunun “Səbail”lə(1:1) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

Komanda qol vurur, amma bundan sonra sanki geri çəkilir. Bu da bir neçə dəfə olub.  ilə bağlıdır? 
– Komandaya tapşırıq olmur ki, sırf müdafiəyə otursunlar. Futbolçuları da başa düşürük, onlar ağır tsikldə oynayırdılar. Heyətimiz də geniş deyil. Çox da rotasiyalara gedə bilmirdik. Futbolçularımın göstərdiyi oyunu da kiçiltmək niyyətində deyilik. Komandamıza yenə də inanırıq. Qarşıdakı matçlarda daha dinamik, daha sanballı “Araz-Naxçıvan” görəcəyimizə inanıram.

Kubok əldən çıxdı, demək olar ki, turnir cədvəlində ikinci yeri tutmaq şansını da itirirsiz. Bəs üçüncü pillədəki yerinizi əldən çıxması mənasında komandada basqı var?
– Komanda sezon ərzində əziyyət çəkib. Bura kiminsə gücünə gəlməmişik. Futbolçuların gücü, iradəsi sayəsində bu yerlərdəyik. Ancaq komanda şəklində daha artığını etməliyik ki, istədiyimiz hədəfə çataq.

“Turan Tovuz”un ardıcıl xal itkiləri sizi motivasiya edir, yoxsa hədsiz arxayınçılıq verir?
– Xeyr. Komandamızı daha çox rəqiblərdən yox, özümüzdən asılı etməyə çalışırıq.

Əvvəlki dövrələrdə qazandığınız qələbələr sizi bu aralar xilas edir. Çünki statistikaya baxsaq, Premyer Liqada son 12 matçda cəmi 1 qələbəniz var. Bunuilə izah etmək olar?
– Xilas edir deyəndə, o qələbələri də kimsə bizim yerimizə qazanmayıb, özümüz qazanmışıq. Futbolda belə hallar qaçılmazdır. İndi də 6 zədəli futbolçumuz var. Hamısı da əsas heyət üzvüdür. Futbolda sıxıntılar yaşaya-yaşaya nəticədən uzaq durursan. Amma komanda çalışır. Hər şey özümüzdən asılıdır.

Zaman-zaman hakimliklə bağlı gileyiniz, şikayətiniz olur. Ara-sıra mətbuata da söz atırsız. “Araz-Naxçıvan” ilk “altılıq”da qərarlaşan komandalar arasında ən az qol vurandır. Hakimlərin bəzi oyunlarda qərəz səhvlərini görürük. Futbolçularınızın az qol vurmasının səbəbi nədir?
– Oyunlar olub ki, bəlkə də 6-7 qol vura bilərik. Sadəcə dəyərləndirmədə bir az axsama var. Komandanın sırf az qol vurduğu da sadəcə statistikadır. Biz daim hücumdayıq, hücumda olmağa çalışırıq. Mənim öz söz atmağıma gəlincə, siz fərqli düşünürsüz. Mən heç kimə söz atmıram. Sadəcə bəzən reallığı çox adam görmək istəmir. Keçən oyuna qayıtsaq, etirazımı normal qarşılamaq lazımdır. Oyunun içində olan adamam, gördüyümü sizinlə bölüşməliyəm. Fikrimcə, kubok görüşündə bizə qarşı hakim haqsızlıqları var idi. Ona kimsə göz də yuma bilər, fərqli düşünə də bilər. Biz gördüyümüz şeylər başqadır, amma qərar verən biz deyilik. Ümid edirəm ki, bizi hansısa yolla saxlamağa çalışmazlar. (Sportal)

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

28 Aprel 2025
01:26

İtaliya A Seriyası: "İnter" evdə uduzub "taxtdan düşdü"

01:07

Liqa 1: "Olimpik Marsel"dən darmadağın

00:54

La Liqa: "Espanyol" evə xalsız qayıtdı

00:48

Almaniya Bundesliqası: Tur iki bərabərliklə başa çatdı

00:33

İngiltərə Kuboku: İkinci finalçı bilindi

00:22

Türkiyə Super Liqası: "Qalatasaray" səfərdə şou göstərdi

00:03

İPL: "Liverpul" sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirdi

27 Aprel 2025
23:37

"Qarabağ" favoritdir, amma..."

23:11

Qurban Qurbanovdan çempionluq şərhi

22:49

12-ci çempionluq

22:04

Türam "Barselona"ya qarşı oynaya bilməyəcək

21:52

MPL: "Qarabağ" sona 4 tur qalmış çempion oldu

21:20

"Rəqibə qarşı hörmətsizlik kimi çıxmasın, amma..." - Elvin Məmmədov

20:50

Rüdigeri buna görə 4-12 oyunluq diskvalifikasiya gözləyir

20:34

"Ümid edirəm ki, bizi hansısa yolla saxlamağa çalışmazlar" - Elmar Baxşıyev

20:06

Krivotsyuk sonadək oynadı, komandası qazandı

19:17

"Qarşıda hələ 5 final var" - Cud Bellingem

18:43

Mahir Emreli qolu qırılmış vəziyyətdə qol vurub - FOTO

18:10

ABL: "Neftçi" "Abşeron"u yendi

17:42

Sərxan Hacıyev: "İstanbulda UEFA-nın nümayəndəliyinin açılması tərəflərin əməkdaşlığının tərkib hissəsi idi"

17:16

Karvaxal diskvalifikasiya edilə bilər

16:44

Trautman Azərbaycan yığmasının AÇ-dəki çıxışını dəyərləndirdi

16:08

Azərbaycan cüdoçuları AÇ-ni 5 medalla başa vurdular

15:42

Azərbaycan millisi beynəlxalq turnirin qalibi oldu

15:13

Ançelottinin "Real"dan nə vaxt gedəcəyi açıqlandı - SON DURUM

14:43

"Seltik" çempion oldu, əzəli rəqibinə çatdı

14:12

Skolarinin yeni iş yeri bilindi - RƏSMİ

13:54

Ançelotti hələ bu qədər uduzmamışdı

13:14

Boks üzrə kadetlər arasında zona birinciliklərinin mükafatçıları müəyyənləşdi

12:40

"Mançester Siti"nin zədəli ulduzları məşqlərə start verdilər

12:17

Daha bir komandanın İPL-i tərk edəcəyi dəqiqləşdi

11:50

ABL: "Neftçi" "Abşeron"a qarşı

10:52

Emil Mustafayev sonadək oynadı

10:18

Kökçü sonda yada düşdü, komandası...

09:42

AÇ: Azərbaycanın cüdo millisi qarışıq komanda yarışında mübarizəyə başlayır

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:48

"Barselona" "Real Madrid"i yenib "Kral kuboku"nu qazandı

00:20

Mahir Emreli yenə qol vurdu, "Nürnberq" 3:0-ı əldən verdi - VİDEO

26 Aprel 2025
22:58

Azərbaycan avarçəkənləri Türkiyədə 2 medal qazandılar

22:30

AÇ: Millimiz 5 medalla 10-cu oldu

Facebookdan bizi izləməyi unutmayın.
X