23:11 27.04.2025 223

Qurban Qurbanovdan çempionluq şərhi

“Qarabağ” bu gün Misli Premyer Liqasının 32-ci turunda “Sabah”ın qonağı olub.

Fanat.Az xəbər verir ki, oyundan sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov ənənəvi mətbuat konfransına qatılıb.

O, 1:1 hesablı heç-heçə sayəsində qazandıqları çempionluğu belə şərh edib:

“Futbolçularımı təbrik etmək istəyirəm. Bir illik əziyyətdən sonra belə bir uğur əldə etdik. Buna görə çox sevinirik. Baxmayaraq ki, çempionluğun sayı çoxdur, futbolçularım bu sabitliyi qoruya bilirlər. Əsl çempionluğa layiq oyun oldu. Buna görə oyunçularıma təşəkkür edirəm.

Çempionluğun sayı nə qədər çox olsa da futbolçuları oyunboyu bu motivasiyada saxlamaq çətin olur. Ümumiyyətlə, hər bir işdə ilk uğur şirin olur. Amma hər bir halda, futbolçularımı istəkli gördüm.

Son oyunlarda heyəti dəyişməmişdim. Kubokun son matçında da oyunçularda yorğunluq hiss olunurdu. Çünki sıx qrafikdə çıxış edirik. Digər futbolçulara da təşəkkür edirəm. Çünkü 90 dəqiqə oynamayanda sonradan bunu qoruyub saxlamaq olmur. Çempionluqda nəinki əsas heyət, mən deyərdim ki, ikinci heyətin əziyyəti daha böyükdür.

Köklü dəyişikliklər bir az ağır gəlir. Biz duruma uyğun hərəkət etməliyik. Bütün heyəti dəyişmək çox çətindir. Hansı kollektivlə işləmişəmsə, inanın ki, onlardan heç birini göndərmək istəmirik. Çünki onların əziyyəti böyükdür. Amma ümumiyyətlə, gedişata baxıb addımlar atacağıq. Müəyyən dəyişikliklər gözlənilir, amma bu o demək deyil ki, komandanı bütövlükdə dəyişəcəyik.

“Sabah”ın oyununu təhlil etsək, bu komanda həmişə məndə xoş təəssürat yaradıb. Hansı ki, sürətli, texnikalı oyunçuları var. Bu komandayla qarşılaşanda həmişə yaxşı analiz etmək lazımdır. Yaxşı, düşünülmüş hücumlara çıxırlar. Hansı ki, ani diqqətsizlik qapımızda qolla nəticələnə bilər.

Ümumiyyətlə, klub rəhbərliyi ilə hər dəfə müzakirələr aparaırıq. Diqqətimiz daha çox yay transfer pəncərəsinə yönəlib. İllər boyu 4-5 oyunçu ilə danışıqlar aparmışıq, amma sonda görürsən ki, ikisini gətirə bilmişik. Futbolçular bu gün daha çox Avropaya meyl edir. Ümumiyyətlə, çətindir oyunçu gətirmək. İstəyirik ki, hər mövqeyə futbolçu transfer edək. Planlarımız var ki, bir neçə oyunçu gətirək. Bəzi futbolçular olub ki, onunla uzun müddət danışıqlarımız olub, razı salmaq üçün çox çalışmışıq. Futbolçu karyerası qısadır. Ona görə onlar burada ürəkdən çıxış edirlərsə, mən də müəyyən kompromislərə getməliyəm.

Çempionlar Liqası ilə bağlı hələ ki, fikir bildirə bilmərəm. Buna vaxtımız var. Amma ümumiyyətlə, istəyirik ki, hər bir turnirdə uğurlu nəticə qazanaq”.

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 İyun 2025
16:48

"Milan" "Brügge"nin yarımmüdafiəçisini alır - MƏBLƏĞ

16:30

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:17

Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçiriləcək

15:59

"Liverpul" "Bayer"i yola gətirdi - Virts bu qiymətə transfer olunacaq

15:41

"Şamaxı"da növbəti ayrılıq

15:23

"Sabah"ın fubolçusu əməliyyat olundu

15:05

"Karvan"ın məşqçilər korpusunda dəyişiklik - Debütant 2 tanınmış sima ilə anlaşdı

14:48

U-14 liqasına yekun vuruldu

14:31

Azərbaycan millisi DÇ-nin 1/8 finalında

14:14

"Hələ oyuna olan ehtiras və sevgim sönməyib" - Jordi Alba

13:56

Azərbaycanın tennis millisi “Davis Cup”a qələbə ilə başladı

13:38

Sabiq "Barselona"lı yenidən La Liqada oynayacaq

13:20

"Atletiko Madrid" "Milan"a rəsmi təklif göndərsə də...

13:02

Sanenin ardınca Neymar da Türkiyə yolunda - Təklif göndərildi

12:43

Markus Raşford yekun qərarını verdi

12:24

Çerçesov Polşa millisini çalışdıracaq? - Rusiyalı mümkün təyinatından danışdı

12:05

I Liqanın oyunlarını 64 min 595 tamaşaçı izləyib - SİYAHI

11:47

Tarixi klub adını dəyişdi

11:28

"Sevilya"nın yeni baş məşqçisinin kimliyinə aydınlıq gəldi - SON DURUM

11:10

Flik "Bayern"dən tanıdığı forvardı "Barselona"ya gətirir

10:52

Dünya çempionatı: Üç cüdoçumuz mübarizəyə başlayır

10:35

A Seriyasının qoleadoru klubunu dəyişməyə qərar verdi

10:03

Berezutski sabiq klubunu çalışdırmağa yaxındır

09:45

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:23

Avropa Liqasının qalibi yeni baş məşqçiyə tapşırıldı

09:00

İtaliya klubu "Liverpul"un hücumçusunu istəyir

01:19

UEFA İrlandiya klubunu Konfrans Liqasından uzaqlaşdırdı

00:16

Niderland millsinin sabiq üzvü həbs edildi

12 İyun 2025
23:33

Emil Balayevin "Neftçi"dəki aqibəti necə olacaq?

23:17

Avdullahu Almaniya klubunda - RƏSMİ

22:56

Spalletti Ronaldunun baş məşqçisi olmağa yaxındır

22:20

Millimiz FİFA reytinqində irəlilədi

21:51

Bundesliqa klubu yeni baş məşqçisinin adını açıqladı

21:17

Ansu Fatinin Fransa klubuna keçidi reallaşmaq üzrədir - SON DURUM

20:49

MY braziliyalı hücumçu ilə 5+1 illik müqavilə bağladı - RƏSMİ

20:18

"Milan"ın nümayəndəsi iki futbolçu üçün Londona yollandı

19:49

"Qarabağ"ın ilk rəqibi müəyyənləşdi

19:18

"Şamaxı" daha bir legionerin "hə"sini aldı

18:16

"Sabah" legioneri ilə vidalaşdı

17:46

Azərbaycan cüdoçularının DÇ-dəki rəqibləri müəyyənləşdi

Facebookdan bizi izləməyi unutmayın.
X