Lissabon "Sportinq"inin hücumçusu Viktor Dyökereş "Qızıl buts" uğrunda mübarizə aparan bombardirlərin yarışında zirvəyə yüksəlib.
Fanat.Az xəbər verir ki, isveçli forvard buna Primeyranın 31-ci turunda "Boavişta"nı 5:0 hesabı ilə məğlub etdikləri oyunda nail olub.
Belə ki, bu qarşılaşmada 4 dəfə rəqib qapısına yol tapan Viktor hesabındakı qolların sayını 38-ə çatdırıb. 57 xal toplayan (Portuqaliyanın elitasında qeydə alınan qollar 1,5 əmsalla hesablanır) Dyökereş "Liverpul"un cinah hücumçusu Məhəmməd Salahı geridə qoyub. Cari mövsüm İngiltərə Premyer Liqasında 28 qola imza atan (İPL-dəki qollar 2 əmsalla hesablanır) misirli ulduzun 56 xalı var. 3-cü pillədə isə 50 xalla Robert Levandovski mövqe tutub. Levandovskini hərəyə 48 xalla "Bayern Münhen"dən Harri Keyn və "Atalanta"dan Mateo Reteqi təqib edirlər.
Nihat