Misli Premyer Liqasının 33-cü turunda "Araz-Naxçıvan"ın qonağı olacaq "Sabah" oyunun hazırlıqlarını davam etdirir.
"Bayquşlar"ın sözçüsü Elnur Həmidovun Fanat.Az-a verdiyi məlumata görə, baş məşqçi Vasili Berezutski "qırmızı-ağlar"a qarşı yalnız mövsümü başa vurduğu öncədən bəlli olan Amin Seydiyevi oynada bilməyəcək:
"Seydiyevi nəzərə almasaq, itki yoxdur. Komanda "Araz-Naxçıvan"la oyuna tam heyətlə hazırlaşır".
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Sabah" qarşılaşması mayın 3-də keçiriləcək. "Liv Bona Dea Arena"da baş tutacaq matçın start fiti 19:30-da səsləndiriləcək. 32 tura 54 xal toplayan Muxtar Respublika təmsilçisi turnir cədvəlinin 3-ci, 40 xalı olan Masazır komandası isə 5-ci pilləsində mövqe tutub.
Nihat