Finlandiya çempionatında 5-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu HİK də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə "İnter Turku" ilə 1:1 hesablı heç-heçə edib. Kökçünün adı matçın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, hazırda 4 xalı olan HİK turnir cədvəlinin 10-cu pilləsində mövqe tutub.
Nihat