Misli Premyer Liqasının 34-cü turunda "Səbail"in qonağı olacaq "Zirə" oyuna itkilərlə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında "qartallar"ın sözçüsü Elmar Abdullazadə deyib:
"Qismət Alıyevlə, Pyer Zebli cəzalı durumdadırlar. Yusuf Laval üçün mövsümün vaxtından əvvəl bitdiyi öncədən bəllidirsə, Hacıağa Hacılı, İsmayıl İbrahimli və Fuad Bayramov isə zədə səbəbindən "Səbail"ə qarşı oynaya bilməyəcəklər".
"Səbail" - "Zirə" qarşılaşması mayın 10-da "ASCO Arena"da keçiriləcək. 33 tura 67 xal toplayaraq yalnız lider "Qarabağ"dan geri qalan "Zirə" 2-ci yeri təmin edibsə, 22 xala malik "Səbail" 10-cu - sonuncu pillədədir.
Nihat