Misli Premyer Liqasının 34-cü turunda "Turan Tovuz"un qonağı olacaq "Neftçi"nin baş məşqçisi Samir Abasov qərb təmsilçisi ilə görüşdə 7 futbolçusunun xidmətindən istifadə edə bilməyəcək.
Fanat.Az xəbər verir ki, məlumatı "ağ-qaralar"ın mətbuat xidməti yayıb.
Emil Səfərov, Robert Bauer, Rafael Quzzo, Ramil Şeydayev, Höccət Haqverdi və Yuri Matias zədə, Elvin Camalov isə cəza səbəbindən meydana çıxmayacaq.
Qeyd edək ki, mayın 10-da Tovuz şəhər stadionunda təşkil olunacaq qarşılaşma saat 19:30-da start götürəcək.