21:14 09.05.2025 242

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

1-ci Liqanın 25-ci turunda Premyer Liqaya vəsiqəni təmin etmiş "İmişli"ni qəbul edən "Mingəçevir" 0:0 hesablı heç-heçə sayəsində xal hesabını 29 çatdırdı və komandanın son 2 turun nəticəsindən asılı olmayaraq, liqada qalacağı dəqiqləşdi. Qışda baş məşqçi təyin edilən Füzuli Məmmədovun rəhbərliyi altında səfərdə iddialı rəqibini 1:0 hesabı ilə yenən "şəhərlilər" sona yaxın dirəyi nişan alaraq azarkeşlərinə həyəcanlı anlar yaşatdılar. 

Meydan sahiblərinin çalışdırıcısı matçın ardından fikirlərini Fanat.Az-a bölüşdü:

"Çətin oyun olacağını bilirdik. Gözlədiyimiz qədər gərgin qarşılaşma izlədik. Havanın çox isti olması hər iki komandaya əlavə çətinlik yaratdı. 

"İmişli" Premyer Liqaya vəsiqəni təmin etmiş komandadır. Güclü heyətləri var. Bizə qarşı mübarizə aparan futbolçuların 60-70 faizi gələn mövsüm elitada oynayacaqlar. Buna baxmayaraq, məqsədimiz oyundan öncə də dediyim kimi, qələbə idi. "İmişli"ni səfərdə məğlub edə (1:0)  bilmişdik. Onlara qarşı oyunumuz maraqlı və çox gərgin alınmışdı. Komandamın yaxşı formada olması ikinci görüşdə də qələbə barədə düşünməyə əsas verirdi. 

Matça taktiki planda yaxşı hazırlaşmışdıq. Həftə ərzində rəqibin güclü və zəif cəhətlərini müəyyənləşdirmişdik.

Qarşılaşma ərzində rəqibi adətən taktiki cəhətdən üstələməyə çalışırdıq və əksər hallarda buna nail olurduq. Düzdür, "İmişli"nin qol epizodları da oldu. Onların futbolçuları fərdi keyfiyyətləri hesabına bir neçə epizodda bizə çətin anlar yaşatdılar. İlk hissədə bizim də qol imkanımız oldu. Onların epizodunda qapıçımız uğurlu çıxışla diqqət çəkdisə, Gülağanın uzaq küncə endirdiyi zərbədə də bir qədər dəqiqlik çatmadı. 

İkinci hissədə də hər iki tərəfin fərqlənmək imkanları var idi. Rəqibin qol vurmasını müdafiəçimiz Vüqar Həsənovun kritik müdaxiləsi əngəllədi. Sona yaxın isə qapı dirəyi onları qoldan xilas etdi. O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik. İstənilən halda, 1 xal da bizim üçün çox dəyərlidir. Bu xal sayəsində liqada qalacağımız dəqiqləşdi.

Komandama və bizi 90 dəqiqə dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm.

Nihat

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 May 2025
01:07

İspaniya La Liqası: "Rayo Valyekano" səfərdə qazandı

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

00:03

Türkiyə Super Liqası: "Fənərbağça"dan darmadağın

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

20:55

MPL: "Sabah" "Şamaxı" üzərində inamlı qələbə qazandı

20:16

Azərbaycan millisi Belarus yığmasına qalib gəldi

19:45

Birinci Liqa: "Mingəçevir" "İmişli"dən xal aldı, "Karvan" darmadağına məruz qaldı

19:14

Xavi Ançelottinin tənqid olunmasına belə münasibət bildirdi

18:53

Çempionlar Liqasının qalibi vəfat etdi

18:22

"İndi sevinə bilərik" - İsko finala çıxmaqlarını şərh etdi

17:50

"Bayer Leverkuzen"də Alonso dönəmi başa çatdı -RƏSMİ

17:30

Əvəzedicilər Liqası: 34-cü turun təyinatları açıqlandı

17:12

"Neftçi" "Turan Tovuz"la matça 7 itki ilə çıxacaq

16:55

"Trentin gedişinə görə məyusam" - Arne Slot

16:37

Rəşad Sadıqov 6 futbolçusunu autsayderə qarşı oynada bilməyəcək

16:19

"Finalda qalib gəlmək üçün..." - MY-nin mərkəz müdafiəçisi

16:01

Alonso "Bayer"i "Real"a dəyişəcəyini təsdiqlədi

15:43

"O, indiyədək gördüyüm ən yaxşı lider, ən yaxşı müdafiəçidir" - Devid Bekhem

15:24

"İlk qolun bizi həyəcanlandırmadığını desəm, yalan olar" - Rasmus Höylund

15:06

İngiltərədə mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi

14:47

"Mən artıq finala görə həyəcanlıyam" - Ruben Amorim

14:28

"Son 10 dəqiqə bizim üçün çox pis keçdi" - "Atletik"in baş məşqçisi

14:10

"Bunun üçün mənə çox güclü bir təlim-məşq toplanışı lazımdır" - 2-ci Liqanın bombardiri Cavid İmamverdiyev

13:42

Azərbaycan Velosiped Federasiyasının yeni İcraiyyə Komitəsinin ilk iclası keçirildi

13:24

İkinci Liqa: Turun bütün oyunları eyni vaxtda başlayacaq

13:05

Azərbaycan millisi iki ölkədə təlim-məşq toplanışı keçirəcək

12:46

Alonso "Real"la razılığa gəldi - Şərtlər də bilindi, müqavilə müddəti də

12:27

Hələ "Çelsi" tarixində Uolş kimisi olmamışdı

12:09

De Bröyne "Mançester Siti"ni digər İngiltərə nəhənginə dəyişir - SON DURUM

11:51

Pelleqrini "Fiorentina" ilə heç-heçəni qələbə sayır

11:30

Cüdoçularımız "Böyük Dəbilqə"ni medalsız başa vurdular

11:09

Türkiyədə 2025/2026 mövsümünün "transfer pəncərəsi"nin vaxtı açıqlandı

10:43

İngiltərə Çempionlar Liqasında 6 komanda ilə təmsil olunacaq

Facebookdan bizi izləməyi unutmayın.
X