Azərbaycan klublarının UEFA reytinqindəki mövqeyi bəlli olub.
Fanat.Az xəbər verir ki, təmsilçilərimiz arasında ən yaxşı nəticə gözlənildiyi kimi, “Qarabağ”a məxsusdur.
69-cu pillədə mövqe tutan Ağdam təmsilçisi “Atletik” (İspaniya), “Frayburq” (Almaniya), “Anderlext” (Belçika), “Beşiktaş” (Türkiyə), “Nyukasl” və “Brayton” (hər ikisi İngiltərə) kimi ünlü klublardan öndədir. Son 5 mövsümün nəticələrinə əsasən tərtib olunan siyahıda Ağdam təmsilçisinin hesabında 32,000 xal var.
"Neftçi" (8,000 xal) 187-ci, "Zirə" (4,000 xal) 318-ci, "Sabah" (4,000 xal) 319-cu, "Sumqayıt" (4,000 xal) 323-cü, "Qəbələ" (3,000 xal) 337-ci, əvvəllər "İnter" və "Keşlə" adları ilə fəaliyyət göstərmiş "Şamaxı" (2,500 xal) isə 338-ci yerdədir.
Qeyd edək ki, Avropanın 427 klubunun yer aldığı siyahıya 143,500 xalla "Real Madrid" başçılıq edir. "Mançester Siti" (137,750 xal) 2-ci, "Bayern Münhen" (135,250 xal) 3-cü yerdədir.