Almaniyanın 2-ci Bundesliqa təmsilçisi "Nürnberq"in azərbaycanlı hücumçusu Mahir Emrelinin 34-cü turda Braunşveyq "Ayntraxt"ına qarşı oynaya bilib-bilməyəcəyi açıqlanıb.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Miroslav Kloze həm Mahirin həm də onun kimi əzələsində narahatlıq yaranan çexiyalı müdafiəçi Ondrjey Karafiatın meydana çıxmaq şansının olduğunu vurğulayıb:
"Xüsusi nəsə baş verməsə, hər ikisi meydana çıxa biləcəklər".
Xatırladaq ki, Mahirin cari mövsümün sonunda "Nürnberq"dən ayrılacağı dəqiqləşib. Onun Bundesliqa təmsilçisi "Sankt Pauli"yə keçəcəyi barədə məlumatlar dərc edilib.
Nihat