Misli Premyer Liqasının 35-ci turunda "Araz-Naxçıvan"ı qəbul edəcək "Şamaxı" oyuna tam heyətlə çıxa bilməyəcək.
Bunu Fanat.Az-a açıqlamasında "aslanlar"ın sözçüsü Yusif Hüseyn deyib:
"Rafael Məhərrəmli, Vasiliye Bakiç və Vasiliye Radenoviç zədə səbəbindən "Araz-Naxçıvan"a qarşı oynamayacaqlar. Vladislav Veremeyev isə cəzalı duruma düşdüyünə görə meydana çıxmayacaq".
"Şamaxı" - "Araz-Naxçıvan" qarşılaşması mayın 17-də keçiriləcək. Matçın start fiti 17:00-da səsləndiriləcək. 34 tura 55 xal toplayan Naxçıvan təmsilçisi turnir cədvəlinin 3-cü, Şamaxı komandası isə 36 xalla 7-ci pilləsində mövqe tutub.
Nihat