Misli Premyer Liqasının 35-ci turunda "Zirə"nin qonağı olacaq "Sabah" oyuna tam heyətlə hazırlaşa bilmir.
Bunu Fanat.Az-a açıqlamasında "bayquşlar"ın sözçüsü Elnur Həmidov deyib:
"Cəzalı futbolçumu yoxdur. Müdafiəçi Amin Seydiyev isə mövsümün vaxtından əvvəl başa çatdığı öncədən bəllidir. Coy Lens Mikels, Kahim Parris və Xəyal Əliyevin fərdi məşqlərlə kifayətlənirlər. Bu futbolçuların hansısa "Zirə" ilə matça qədər sıraya dönə bilər".
"Zirə" - "Sabah" qarşılaşması mayın 17-də keçiriləcək. 34 tura 70 xal toplayaraq yalnız lider "Qarabağ"dan geri qalan "Zirə" 2-ci yeri təmin edibsə, 44 xala malik "bayquşlar" 5-ci pillədə mövqe tutublar.
Nihat