Misli Premyer Liqasının 35-ci turunda "Sumqayıt"ın qonağı olacaq "Turan Tovuz" oyuna itkilərlə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında "boz qurdlar"ın sözçüsü Süleyman Tağıyev deyib:
"Heyətdə cəzalı oyunçu yoxdur. Denis Marandiçi üçün mövsümün başa çatdığı əvvəldən bəllidirsə, Rüfət Əhmədov, Şəhriyar Əliyev və Joarlem Santos da zədə səbəbindən "Sumqayıt"a qarşı matçda iştirak etməyəcəklər".
Qeyd edək ki, "Sumqayıt" - "Turan Tovuz" qarşılaşması mayın 17-də keçirləcək. Matçın start fiti 17:00-da səsləndiriləcək. 34 tura 49 xal toplayan Tovuz təmsilçisi turnir cədvəlinin 4-cü, 30 xalı olan "kimyaçılar" isə 9-cu pilləsində mövqe tutublar.
Nihat