Azərbaycanın FIFA referisi Kamal Umudlu UEFA-dan növbəti təyinat alıb.
Fanat.Az xəbər verir ki, məlumatı AFFA-nın mətbuat xidməti yayıb.
Umudlu 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinin oyunlarında ehtiyat hakim olacaq.
Qeyd edək ki, Avropa çempionatı mayın 19-dan iyunun 1-dək 8 komandanın iştirakı ilə Albaniyada təşkil ediləcək.