"Sumqayıt"ın kapitanı Vüqar Mustafayev futbolçu karyerasını bitirmək qərarına gəlib.
Fanat.Az xəbər verir ki, informasiyanı "kimyaçılar"ın mətbuat xidməti yayıb.
Bununla bağlı mayın 17-də, Misli Premyer Liqasının XXXV turunda "Turan Tovuz"la matçdan əvvəl tədbir keçiriləcək.
Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi 2019-cu ildən "gənclik şəhəri" təmsilçisinin uğurları üçün çalışır.