Bu gün Misli Premyer Liqasında 35-ci tur başa çatacaq.
Fanat.Az xəbər verir ki, son gündə iki oyun baş tutacaq.
Öncə “Neftçi” elitanı tərk edəcəyi dəqiqləşən “Səbail”i qəbul edəcək. Turun son matçında isə çempion “Qarabağ” "Kəpəz"i sınağa çəkəcək.
Xatırladaq ki, daha öncə keçirilmiş oyunlarda “Sumqayıt” “Turan Tovuz”a (0:1), “Şamaxı” “Araz-Naxçıvan”a (0:1) uduzub, “Zirə” – “Sabah” görüşündə isə qalib müəyyənləşməyib – 1:1.
Misli Premyer Liqası
35-ci tur
18 may
“Neftçi” – “Səbail”
Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Şirmamed Mamedov, Emin Əliyev.
“Neftçi Arena”, 17:00.
“Qarabağ” – “Kəpəz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rəhman İmami, Rauf Cabbarov.
“Azərsun Arena”, 19:00.