Bu gün Misli Premyer Liqasında 35-ci tur başa çatıb.
Fanat.Az xəbər verir ki, son gündə iki oyun keçirilib.
Öncə “Neftçi” elitanı tərk edəcəyi dəqiqləşən “Səbail”i qəbul edib. Oyun "ağ-qaralar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun son matçında isə çempion “Qarabağ” "Kəpəz"i sınağa çəkib. Ağdam təmsilçisi 3 cavabsız qolla qalib gəlib.
Xatırladaq ki, daha öncə keçirilmiş oyunlarda “Sumqayıt” “Turan Tovuz”a (0:1), “Şamaxı” “Araz-Naxçıvan”a (0:1) uduzub, “Zirə” – “Sabah” görüşündə isə qalib müəyyənləşməyib – 1:1.
Misli Premyer Liqası
35-ci tur
18 may
“Neftçi” – “Səbail” 3:0
Qollar: Dembo Darbo, 1. Ağadadaş Salyanski, 25. Əlirza Müştəbazadə, 80-öz qapısına.
Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Şirmamed Mamedov, Emin Əliyev.
“Neftçi Arena”, 17:00.
Neftçi: 1. Emil Balayev (k) 10. Filip Ozobiç 8. Emin Mahmudov 91. Ağadadaş Salyanski 14. Edvin Kuç 99. Ervin Koffi 23. Robert Bauer 24. Mustafa Sek 9. Bassala Sambu 22. Dembo Darbo 11. Aleks Fernandes
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 30. Rustam Samiqullin 17. Rəhman Hacıyev 19. Azər Salahlı 90. Ramil Şeydayev 78. Elcan Əbilov 47. Murad Məmmədov 88. Andrey Ştoqrin 18. Ryonosuke Ohori
Baş məşqçi: Samir Abasov
Səbail: 12. Əlirza Müştəbazadə 22. Mirabdulla Abbasov 96. İlkin Muradov 74. Yusif Nəbiyev (k) 18. Süleyman Əhmədov 20. Mert Çelik 11. Rüfət Abdullazadə 83. Nihad Quliyev 16. Emin Rüstəmov 3. Dmitro Litvin 14. Suleyman Alluş
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 25. Nicat Məmmədzadə 77. Fərid Nəbiyev 67. Rəvan Abasov 97. Oruc Məmmədov 89. Ömər Qurbanov 88. Hacıəli Şirəliyev 8. Qorka Laruçça 44. Amir Bilali 99. İnnosent Nşuti 4. Marko Nikoliç 5. Gitay Sofir
Məşqçi: Elvin Məmmədov
“Qarabağ” – “Kəpəz” 3:0
Qollar: Leandro Andrade, 31. Aleksey Kaşuk, 73. Musa Qurbanlı, 82
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rəhman İmami, Rauf Cabbarov.
“Azərsun Arena”, 19:00.
Qarabağ: 1. Şahrudin Məhəmmədəliyev (k), 30. Abbas Hüseynov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 81. Kevin Medina, 66. Patrik Andrade, 2. Mateus Silva, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai
Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 32. Hikmət Cəbrayılzadə, 29. Marko Veşoviç, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 9. Kadi Borqes, 19. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov
Kəpəz: 22. Məmməd Hüseynov, 2. İlkin Qırtımov (k), 99. Əli Səmədov, 5. Rauf Hüseynli, 17. Ümid Səmədov, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 28. Rati Ardazişvili, 11. Trent Buhagiar, 10. Karim Lkoça
Ehtiyat oyunçular: 18. Elgün Bayramov, 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 70. Nicat Süleymanov, 8. Elmir Tağıyev, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 19. Sadiq Şəfiyev, 91. Nihad İsaqov, 3. Mahamadu Ba, 88. Şevroni Mabatşoev
Baş məşqçi: Azər Bağırov