"Zirə”nin 2024-cü il üçün büdcəsi bəlli olub.
Fanat.Az xəbər verir ki, klub maliyyə hesabatını ictimaiyyətə açıqlayıb.
"Qartallar"ın ötən il üçün ümumi gəlirləri 10 milyon 968 min 897 manat təşkil edib.
Bunun 6 milyon 233 min 897 manatı əsas fəaliyyət gəliri, 4 milyon 735 min manatı digər gəlirlər olub.
Oyunçuların əmək haqlarına 4 milyon 83 min 454 manat, inzibatı və digər işçilərin əmək haqlarına 1 milyon 137 min 363 manat ayrılıb.
Xatırladaq ki, “Zirə” bu mövsüm ötən il olduğu kimi, Misli Premyer Liqasında 2-ci yeri təmin edərək Avropa kuboklarına vəsiqə qazanıb.