Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın "Nürnberq" komandasında dubl edib.
Fanat.Az xəbər verir ki, 28 yaşlı hücumçu II Bundesliqanın XXXIV turunda üz-üzə gəldikləri "Ayntaxt Braunşveyq"ə 2 qol vurub.
O, 10-cu və 20-ci dəqiqələrdə fərqlənib və ikinci qoldan sonra sarı vərəqə alıb.
Hazırda davam edən görüşdə Emrelinin komandası 2:0 hesabı ilə öndədir.