22:13 18.05.2025 198

"Lazım olduqca sponsorlarla dil tapacağıq" - Qurban Qurbanov

“Futbolçularıma təşəkkür edirəm. Çox faydalı, keyfiyyətli oyun oldu. Biz bir neçə tur əvvəl çempion olsaq da, bu gün bunu daha çox hiss etdik. Haqq etdikləri medallara bu gün qovuşacaqlar. Bizim üçün çox xoş gündür. Futbolçularımı ürəkdən təbrik edirəm. Stadiona gələn hər azarkeşə təşəkkür edirəm. Azər Bağırov və “Kəpəz”ə uğurlar arzu edirəm”.

Fanat.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 35-ci turunun “Kəpəz”lə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını cavablandırıb.

Müdafiənin sol cinahında Nəriman Axundzadəni oynatdınız. Səbəbi idi?
– 6-7 milli oyunçulara istirahət vermişdim. Məşqlərdən də onları azad etmişdim. Çünki onlar milliyə yollanacaqlar. Həm azərbaycanlılar, həm də legionerlər var. Sistemdə bir az dəyişiklik etmişdim. Nərimana sol cinah hücumçusu kimi də tapşırıq verilmişdi. Bəzən müdafiəyə kömək edirdi. Proqramımıza görə, belə dəyişikliyə əl atmışdıq.

Legioner limiti yığışdırıldıqdan sonra daha çox legionerlərə şans verəcəyinizi gözləmək olardı. Amma bu gün gənc oyunçuya da şans verdiz. “Qarabağ” gənc, perspektivli oyunçulardan əl çəkməyəcək?
– Biz həmişə bacarıqlı yerli oyunçulara şans vermişik. Yaxşıdırsa, meydana buraxırıq. İstənilən futbolçu üçün şərait yaradılır ki, əsas komandada məşq etsin, oynasın. Hikmət Cəbrayılzadə son 10 gündür ki, əsas komandadadır. Aftandil Hacıyev onun və Amin Rzayev haqda məlumat vermişdi. Biz şərait yaradırıq. Fərqi yoxdur legioner limiti olacaq, ya yox. Çox istəyərdim ki, meydandakı dəqiqələri daha çox olsun. Son vaxtlarda bəlkə bizdə çətin olar. Çempionuq, lider komandayıq, bizdən tələblər də çoxdur. Rotasiya etməyə vaxtımız olmur. O da ayrıca fəlsəfədir. İllər əvvəl belə hallar olub. Nəticədən asılı olmayaraq, yerlilərə üstünlük vermişik. avrokuboklarda 10 azərbaycanlı ilə oynamışıq. Özümüz də, Azərbaycan futbolu da bunun faydasını görüb. Biz daim onları möhkəmləndirməyə çalışırıq. Böyük futbol oynamaq üçün daha dözümlü olmalıdırlar. Şərait yaradacağıq. Hikmətə ona güvənimiz olduğunu göstərdik. Öz üzərində çox çalışmalıdır. Fiziki gücünü və faydalı iş əmsalını artırmalıdır. Belə uşaqlar görəndə, həm sevinirəm, həm də məyus oluram. Onlara daha çox şərait yarada bilmirəm. Bəzən fikirləşirəm ki, hər şeyi kənara qoyub gənclərlə çalışasan. Ancaq bəzi məsuliyyətlər var. Klub olaraq onu da qoruyub-saxlamalıyıq. İmkan olduqca, belə oyunçulara şans verəcəyik.

“Qarabağ”ın illik maliyyə hesabat açıqlandı. Sponsor gəliriniz az görünürdü. Sizcə, sponsorun ödənişi az deyil? Baş sponsora görə, məbləğ kifayət qədər azdır...
– Orada elə görünür. Amma ümumən gələn pullar hamısı “Azərsun”un, klubun pullarıdır. Oradan 10 milyon yox, 5 milyon gəlirsə, onu sponsordan götürə biləcəyik. Lazım olduqca büdcəni götürürük. Hər il belə olmur. Təkcə Avropadan gələn pul yoxdur, futbolçu satışından da pul gəlir. Lazım olduqca sponsorlarla dil tapacağıq.

Juninyonu icarəyə götürmək istəyərsiz?
– Hələ ki belə məlumat və söhbət yoxdur. Buradan gedən futbolçu olsa belə, bizə faydalı olacaqsa, onun geri qayıtmasına "yox" deməmişik. Juninyonun “Flamenqo”da işi bu gün yaxşı getmirsə, bu o demək deyil ki, belə davam edəcək. Onunla son dəfə zədə aldığı vaxtda danışmışdıq. Onun oyunlarını izləyirəm. “Flamenqo” böyük klubdur. Juninyo ilə danışığımız olmayıb.

Bu mövsüm yaddaqalan oldu?
– Çempionluğumuzun üzərinə bir çempionluq da gəldi. Avrokuboklarda bu ilimiz uğursuz sayılır, çox fikirlər söylənilirdi. Amma çempionatda yerimizi qoruyub-saxlaya bildik. Bəzi səhvlərimiz, formadan geridə qaldığımız vaxtlar oldu. Bəzi futbolçularla dialoq hesabına komandanı ələ ala bildik. Çempionat və kubokda qaldıq. Hər çempionluq bizim üçün yaddaqalandır. Xeyli rotasiyalar etdik. 

İcarədə olan futbolçulardan kimsə geri qayıdacaq?
– Bu barədə ftbolçularla və klublarla danışmamışıq. Mövsümün sonuna qədər bu barədə məlumat veriləcək.

Çempionatımızın səviyyəsi yüksəlib, yoxsa aşağı düşüb?
– Biz heç vaxt aşağı düşməsi barədə düşünmürük. İldən-ilə insan faktoru dəyişir, elm inkişaf edir. Ayrı-ayrılıqda fərdi planda bəzi futbolçuların səviyyəsi aşağı düşürsə, iş rejimi artır. Çox nadir oyunlar olub ki, çox rahat qalibiyyət əldə etmişik. Hər oyunda çətinlik var. Düşünmürəm ki, çempionatın səviyyəsi aşağı düşüb. Premyer Liqanın oyunlarının keyfiyyəti süni örtüklü meydanlardakı oyunlarda aşağı düşür. Özü də günorta saatlarında oynayırıqsa… Yerli məşqçilər nə qədər inkişaf edib. Oyunlarda hiss edirəm. Bizə qarşı sistemlər təşkil edirlər, bizi əks-hücumlarda tururlar. Bu mövsüm mənim üçün faydalı oldu. Hər bir məşqçinin, komandanın irəliləyişini görürəm, nəinki əksini. 

Mənbə: Sportal.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

09:48

"Ciddi niyyətlərimiz və planlarımız var" - "Araz-Naxçıvan"ın baş məşqçisi ÇL-in püşkünü dəyərləndirdi

09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

Facebookdan bizi izləməyi unutmayın.
X