“Sumqayıt”ın məşqçisi Vurğun Hüseynov Misli Premyer Liqasının 36-cı turunda səfərdə “Səbail”ə 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, “kimyaçılar”ın çalışdırıcısı belə danışıb.
“Oyun barədə danışılası çox şey yoxdur. Futbolçular qısa müddətdə toparlandılar və meydana çıxıb qələbə qazandılar. Onlara təşəkkür edirəm. Bu 3 xal bizim üçün vacib idi. Ən azı bir pillə yuxarı qalxmaq şansımız var idi. Enişli-yoxuşlu nəticələrə görə azarkeşlərimizdən üzr istəyirik. Çünki bu nəticələr Sumqayıt şəhərinə, şəhərin tək komandasına yaraşmır. Azarkeşlərimiz gələcəkdə daha yaxşı “Sumqayıt” görəcəklər”.