“Səbail”in məşqçisi Elvin Məmmədov Misli Premyer Liqasının 36-cı turunda öz meydanındada “Sumqayıt”a 1:4 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, “dənizçilər”in çalışdırıcısı belə danışıb:
“Sumqayıt”ı təbrik edirəm. Premyer Liqadan düşməyimiz 3 tur əvvəl rəsmiləşmişdi. Belə vəziyyətdə komandanı hazırlamaq çətindir. Düzdür, bu, bizim işimizdir. Nə qədər çalışsaq da, motivasiyanı saxlaya bilmirik. Birinci hissədə daha yaxşı oynadıq. İkinci yarıda “Sumqayıt” öz gücünü göstərdi. Bundan sonra qollar buraxdıq. Bizim üçün çempionat onsuz da bitmişdi. Bundan sonrakı perioda baxacağıq”.