Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” Super Liqaya vəsiqə uğrunda növbəti oyuna çıxıb.
Fanat.Az xəbər verir ki, sözügedən komanda pley-offun yarımfinalının cavab matçında “Bamdırmaspor”un qonağı olub.
İlk oyunda 4:1 hesablı qələbə qazanan “Bandırmaspor” bu dəfə 1:0 hesabıyla qalib gələrək pley-offun finalına yüksəlib. Sözügedən komanda finalda “Karagümrük”lə qarşılaşacaq.
Vüsal oyuna 72-ci dəqiqədə qoşulub.