Bu gün Misli Premyer Liqasında 2024/25 mövsümü başa çatacaq.
Fanat.Az xəbər verir ki, 36-cı turun son günündə 2 oyun baş tutacaq.
“Turan Tovuz” evdə “Kəpəz”lə üz-üzə gələcək. Mövsümün sonuncu oyununda isə “Araz-Naxçıvan” və “Zirə” komandaları üz-üzə gələcəklər.
Daha öncə “Səbail” evdə “Sumqayıt”a (1:4), “Şamaxı” isə “Qarabağ”a (0:1) uduzub, “Sabah” “Neftçi”ni 1:0 hesabı ilə üstələyib.
Misli Premyer Liqası
36-cı tur
25 may
“Turan Tovuz” – “Kəpəz”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Kamran Əliyev.
Tovuz şəhər stadionu, 17:00.
“Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: Cavid Cəlilov, Elşad Abdullayev, Eyyub İbrahimov, Əli Əliyev.
“Liv Bona Dea Arena”, 19:30.