Misli Premyer Liqasının 36-cı - sonuncu turunda baş tutan qərb derbisində "Kəpəz"ə 4:0 hesabı ilə qalib gələn "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev matçdan sonra təşkil edilən mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, 73 yaşlı mütəxəssis belə danışıb:
"Oyundan məmnunuq. Şadam ki, son matçda azarkeşləri sevindirə bildik. Mövsümdən də razıyıq. Amma daha yaxşı mübarizə apara da bilərdik.
2:5-in qisası? Yox, qisas hissi yox idi. Oyundan öncə hesabın belə olacağını bilmirdik.
Bizdən milliyə futbolçu dəvət olunmayıb? Bu haqda nəsə deyə bilmərəm. Seçimi yığmanın baş məşqçisi edir".
Nihat