Misli Premyer Liqasının sonuncu - 36-cı turunda "Zirə"yə 0:1 hesabı ilə uduzan "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 44 yaşlı mütəxəssis belə danışıb:
"Komandama təşəkkür edirəm. Bu mövsüm böyük iş gördülər. Mövsümü layiqli yerdə bitirdik".
Klubla müqaviləsinin müddəti bu yay başa çatacaq çalışdırıcı bu barədə sualı cavablandırıb: "Gələcək barədə mən də heç nə bilmirəm. Danışıq olmayıb. Burada olsam da, olmasam da komandaya uğurlar arzulayıram. “Araz-Naxçıvan” mənə doğmadır. Komandanı formalaşdırmaq üçün çox çətinliklərdən keçdik. Nələr olacağı ilə bağlı klub açıqlama verəcək".