Azərbaycan millisinin sabiq hücumçusu Vüqar Nadirov "Şəmkir"in baş məşqçi postundan ayrılıb.
Bu barədə Fanat.Az-a gənc mütəxəssisin özü məlumat verib.
Qərb təmsilçisi ilə müqaviləsinin müddəti başa çatan Nadirov yeni anlaşma ilə bağlı razılığa gələ bilmədikləri üçün postunu tərk edib.
Xatırladaq ki, sözügedən çalışdırıcı ötən ilin ilin noyabrında "Şəmkir"in "sükanı arxası"na keçmişdi. Onun rəhbərliyi altında uğurlu çıxış sərgiləyən qərblilər yekunda 50 xalla 5-ci yeri tutmuşdular.
Nihat