"Sabah" futbolçusu Namik Ələskərovla əməkdaşlığa son qoyub.
Fanat.Az xəbər verir ki, məlumatı "bayquşlar"ın mətbuat xidməti yayıb.
Yarımmüdafiəçinin müddəti başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, Namik 2022-ci ildən "Sabah"ın uğurları üçün çalışırdı. O, Masazır təmsilçisinin heyətində 83 matça çıxaraq 7 qol vurub. 30 yaşlı oyunçu “Sabah”da Premyer Liqanın gümüş medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub.