Bu gün "Qarabağ" təmsil etdiyi bölgəyə - Qarabağa səfər edib.
Fanat.Az xəbər verir ki, komanda Füzuli Beynəlxalq Hava Limanından Şuşaya yollanıb.
Ağdam klubunun üzvləri Şuşada 1 nömrəli məktəbi ziyarət edərək orada təhsil alan şagirdlərlə görüşüblər.
Şagirdlər "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla və futbolçularla xatirə şəkli çəkdiriblər. Tədbirin sonunda 1 nömrəli məktəbin rəhbərliyi tərəfindən "Qarabağ"a, Ağdam klubunun rəhbərliyi tərəfindən isə məktəbə xatirə hədiyyəsi təqdim olunub.
"Qarabağ" daha sonra Xankəndiyə səfər edib. Ağdam klubunun üzvləri burada Qarabağ Universitetinin kolleketivi ilə görüşüblər. Universitetin rektoru Şahin Bayramov bu təhsil mərkəzində yaradılan şəraitlə bağlı komanda üzvlərinə məlumat verib.