Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin yeni klubunun - 2-ci Bundesliqa təmsilçisi "Kayzerslautern"in Almaniya Kubokundakı rəqibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, komanda turnirin I raundunda "RSV Aytraxt 1949" komandası ilə qarşılaşacaq.
Oyun avqustun 17-də baş tutacaq.
Qeyd edək ki, ötən mövsüm "Nürnberq"in uğurları üçün çalışan Emreli ötən gün "Kayzerslautern" ilə 3 illik müqavilə bağlayıb.