"Kəpəz" yarımmüdafiəçisi Tural Rzayevlə yollarını ayırıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, sözügedən futbolçunun müddəti başa çatan müqaviləsi yenilənməyib.
Gəncə futbol məktəbinin yetirməsi olan Rzayev "sarı-göylər"də 2015/2016 mövsümündə debüt edib. O, qərb təmsilçisinin heyətində 6 mövsüm keçirib. Bu müddətdə 122 oyuna çıxıb və 1 qol vurub.