Ötən mövsüm Misli Premyer Liqasındakı mübarizəni tunir cədvəlinin 8-ci pilləsində başa vuran "Sumqayıt"ın hazırlığa nə vaxt başlayacağı hələ də dəqiqləşməyib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, əcnəbi baş məşqçiyə tapşırılacağı dəqiqləşən "kimyaçılar"ın təlim-məşq toplanışı ilə bağlı planları yaxın günlərdə, gəlmə mütəxəssisin təyinatından sonra bəlli olacaq.
Hərçənd "gənclik şəhəri" təmsilçisi bir neçə yeni futbolçunun keçidi ilə bağlı çalışmalarını da davam etdirir. Bir müddət öncə özbəkistanlı hücumçu Jasur Yaxşiboyevlə müqavilə bağlamağa çalışan sumqayıtlılar son olaraq İranın ikinci liqasında mübarizə aparan Mazandaran "Nassaj"ında çıxış etmiş ön xətt oyunçusunu yola gətirə bilməyiblər. Yaxşiboyevin maddi tələbləri klubun büdcəsi ilə uzlaşmayıb.
Nihat