“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin tərkibində fəaliyyət göstərən “İdman TV” Asiya Çempionlar Liqasının yayım hüququnu əldə edərək, bu mötəbər turnirin oyunlarını təqdim edəcək.
Fanat.Az xəbər verir ki, bu barədə AzTV-nin yaydığı məlumatda bildirilib.
Tarixində ilk dəfə İran çempionu olan və Asiya Çempionlar Liqasına vəsiqə qazanan “Traktor”un ÇL-dəki hər matçı artıq Azərbaycan tamaşaçısı üçün əlçatan olacaq.
Qeyd edək ki, bu yayım hüququ “İdman TV” ilə beynəlxalq yayım şirkəti arasında imzalanmış rəsmi müqavilə əsasında həyata keçiriləcək.