"Şamaxı" heyətinə yeni legioner hücumçu qatmağa yaxındır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "aslanlar" son mövsümü "Qəbələ"də keçirmiş Abdullahi Şuaybudur.
Ötən yay "qırmızı-qaralar"a qoşularaq 1+1 illik müqaviləyə imza atan nigeriyalının keçidi tam şəkildə həll edilməsə də, tərəflərin apardığı danışıqlar müsbət məcrada yekunlaşmaq üzrədir.
Qeyd edək ki, "Şamaxı" daha öncə Emil Süleymanov ("Qəbələ", icarə), Oruc Məmmədov ("Səbail"), Həbib İsmayılovu ("Neftçi) rənglərinə bağlayıb. Bölgə təmsilçisi Kamal Bayramov (karyerasını bitirib), Brahim Konate ("Zirə"), Leroy Mikels, Vasiliye Bakiç, Vasiliye Radenoviç, Maykl Tuik, Fəxri Məmmədli ("Sabah", icarə müqaviləsi bitib), Murad Vəliyev, Rauf Rüstəmli ("Sabah", icarə müqaviləsi bitib), Cəlal Hüseynov ("Arda"/Bolqarıstan, icarə müqaviləsi bitib) və Vüsal Məsimovla yollarını ayırıbsa, Rikardu Fernandeş, Alfons Msanqa, Abdulla Seydəhmədov və Rafael Məhərrəmli ilə müqavilə yeniləyib.
Nihat