Yeni mövsümün hazırlıqlarına sabah "Qəbələ"də start verəcək "Şamaxı" ilk gündə bir məşqlə kifayətlənəcək.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, baş məşqçi Ayxan Abbasov komandasını 18:00-da bir araya gətirəcək.
11 futbolçu ilə yollarını ayıran, heyətə 3 yeni ad cəlb edən "aslanlar" 26 iyul tarixinədək hazırlaşacaqları bölgədə baxışa bir neçə oyunçu dəvət edəcəklər. Yoxlama oyunlarında baxışa gələnləri sınaqdan keçirməyi hədəfləyən Abbasov məhdud büdcə amilini bu yolla sığortalamaq niyyətindədir.
Qeyd edək ki, "Şamaxı" bu yay Emil Süleymanov ("Qəbələ", icarə), Oruc Məmmədov ("Səbail"), Həbib İsmayılovu ("Neftçi) heyətinə qatıb. Bölgə təmsilçisi Kamal Bayramov (karyerasını bitirib), Brahim Konate ("Zirə"), Leroy Mikels, Vasiliye Bakiç, Vasiliye Radenoviç, Maykl Tuik, Fəxri Məmmədli ("Sabah", icarə müqaviləsi bitib), Murad Vəliyev, Rauf Rüstəmli ("Sabah", icarə müqaviləsi bitib), Cəlal Hüseynov ("Arda"/Bolqarıstan, icarə müqaviləsi bitib) və Vüsal Məsimovla vidalaşıb, Rikardu Fernandeş, Alfons Msanqa, Abdulla Seydəhmədov və Rafael Məhərrəmli ilə müqavilə yeniləyib.
Nihat